Modern.az

Ukrayna kişilərin ölkəni tərk etməsinə icazə VERMƏYƏCƏK

Ukrayna kişilərin ölkəni tərk etməsinə icazə VERMƏYƏCƏK

Aktual

25 Fevral 2022, 10:59

Rusiyanın Ukraynaya hücumlarından sonra ölkədəki mülki insanlar ölkəni və sıx şəhərləri tərk etməyə başlayıb. 

 

Modern.az xəbər verir  ki, buna  baxmayaraq Lvov Gömrük İdarəsinin rəisi Daniil Menşikov 18-60 yaş arası kişilərin Ukraynadan çıxmasına icazə verilməyəcəyini açıqlayıb.

 

Menşikov ölkədə elan edilən hərbi vəziyyət qaydalarını xatırladaraq, “18-60 yaş arası kişilər buraxılmayacaq. Xahiş edirəm panikaya düşməyin və icazəsiz sərhədləri keçməyin”,  - deyə  bildirib. 

 

Qeyd edək ki,  Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumundan sonra bütün Ukrayna vətəndaşlarına silah paylanacağını açıqlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı