Rusiyanın bir çox şəhərlərində minlərlə rusiyalı son günlər Ukraynaya hücumu pisləmək üçün küçələrə axışıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar Rusiyanın ən böyük şəhərlərindən olan Moskva və Sankt-Peterburqda “Müharibəyə yox” şüarlarını səsləndiriblər.
Etirazların Rusiyanın cənubundakı Sibir bölgəsinin qarlı Novosibirsk şəhərinə qədər uzandığı bildirilir. Bununla belə, nümayişçilər polis müqaviməti ilə qarşılaşıb. 1800-dən çox insan həbs edilib.
Turqay Musayev