Slovakiya hökuməti fövqəladə vəziyyət rejimi tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Şənbə günü saat 12.00-dan etibarən Slovakiyada fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu, Ukraynadan çoxlu qaçqın axını ilə əlaqədardır. Bu tədbirin məqsədi qaçqınların Slovakiya ərazisində qalmasına şərait yaratmaqdır" , - deyə məlumatda bildirilib.