Modern.az

Zəngilan aeroportu ağır yük təyyarələrini qəbul EDƏCƏK

Zəngilan aeroportu ağır yük təyyarələrini qəbul EDƏCƏK

Aktual

2 Mart 2022, 18:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib.

 

Modern.az-ın məlumatına görə, AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb.

 

Cahangir Əsgərov qeyd edib ki, Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı