Modern.az

Antalya görüşündən çıxan nəticə: Növbə prezidentlərindi

Antalya görüşündən çıxan nəticə: Növbə prezidentlərindi

Aktual

10 Mart 2022, 15:20

“Həm Moskva, həm də Kiyev Antalya danışıqları ilə bağlı gözləntilərini özündə saxlayır. Humanitar məsələlərdə bəzi təcrid olunmuş irəliləyişlər mümkündür, lakin daha böyük məsələlərdə irəliləyişin açıq elan edilməsi ehtimalı azdır. Daha doğrusu, hər iki tərəf bu görüşü danışıqlar prosesində yalnız aralıq mərhələ kimi görür”.

 

Bu sözləri Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov XİN başçılarının Antalya görüşünü Modern.az-a şərh edərkən bildirib.

 

“Səbəbsiz deyil, Ukrayna Prezident Aparatı qeyd edib ki, onlar “danışıqlar prosesində irəliləməyə və kompromisləri yaxınlaşdırmağa” kömək edə bilər, amma bunun çox da olacağına inanmırıq.

 

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda prezident Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa danışıqlar perspektivinin xarici işlər nazirləri səviyyəsində müzakirə oluna biləcəyini bildirmişdi. Bu görüş prezidentlər arasında görüşün başlanğıcı ola bilər. Rusiya və Ukrayna prezidentlərinin görüşü baş verərsə, danışıqlar prosesinin son mərhələsində daha çox ehtimal edə bilərik. Türkiyədə keçirilən görüş bu prosesi sürətləndirə bilər”, - rusiyalı ekspert vurğulayıb.

 

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub. Danışıqlar təxminən 1 saatdan çox davam edib. 

 

Lavrov danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin görüşü mümkündür: "Bunun üçün Ukrayna hakimiyyətinin normal istəyi olmalıdır. Onlar söz olsun deyə görüşmək istəyirlər. 2019-da görüşlər oldu, amma Kiyevdən gözlənilən nəticələr olmadı. Əgər nəticə olmayacaqsa, niyə görüş olsun. Onlar bir neçə ölkəni danışıqlara cəlb etsələr də, məsələni həll etmək niyyətində deyillər. Putin görüşlərdən qaçmır, vacib addım atılarsa, görüş olacaq. Biz Ukraynadan cavab gözləyirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı