Rusiya-Ukrayna müharibəsinin 33-cü günüdür. Qanlı döyüşlər davam edir. Geridə qalan günlər ərzində hər iki tərəf ağır itkilər verib.
Son bir ay ərzində Ukraynadakı müharibədə mindən çox dinc sakin ölüb, 3 milyondan artıq vətəndaş qaçqın düşüb. Müharibə təkcə rəqəmləri, statistikaları, ölümcül döyüşləri deyil, həm də dinc sakinlərin ağrı-acısını, onların doğma yurdlarının didərgin düşməsinini özündə ehtiva edir.
Modern.az saytı son bir həftədə Ukraynada lentə alınan fotoları təqdim edir:

İnsanlar Lvovdakı yeraltı sığınacaqda gizlənir - 22 mart

Svetlana İlyuhina Rusiyanın raket hücumundan sonra Kiyevdəki evinin dağıntılarına baxır: “Əvvəlcə tüstü çıxdı, sonra hər şey qaraldı” - 23 mart

Şəkillər Kiyevdə bir evin dağıntıları arasındadır - 23 mart

Ukrayna Milli Qvardiyası qrupunun üzvləri Lvov şəhərində konsert verərkən “Taras Şevçenko” abidəsi önündə bayraq tutan uşaq - 24 mart

Yaşlı sakin Vasil Nevolov pianonun yanında tək oturub, keçmişi yada salır. O, 50 il Kiyevdə sənətşünas və professor kimi yaşadıqdan sonra doğma şəhərindən qəfil çıxmağa məcbur olub: "Evimin ətrafında hər şey dağıdılıb" - 24 mart

Ukraynanın paytaxtı Kiyev yaxınlığında üfüqdə tüstü görünür - 25 mart

Rusiyanın Xarkova hücumundan sonra yanan mağazadan əşyalarını çıxaran əlacsız adam - 25 mart
Hazırladı: Fatma Abdulla
Ukraynada lentə alınmış digər fotolara slayd bölümündən baxa bilərsiniz: