Azərbaycan Ziyalılar Forumunun üzvü, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov “Xəzər” telekanalının onun barəsində yayımladığı reportajdan hiddətlənib. Buna görə də R.İbrahimbəyov telekanalı məhkəməyə verə bilər.
Bu barədə Modern.az-a R.İbrahimbəyovun vəkili Fuad Ağayev deyib. O, "Xəzər" TV-də Rüstəm İbrahimbəyovla bağlı yayımlanan reportaja münasibət bildirərkən, bu haqda məhkəməyə müraciət edilib-edilməyəcəyi barədə qərarın dramarutq tərəfindən veriləcəyini deyib.
Xatırladaq ki, bir müddət əvvəl “Xəzər” telekanalında kinodramaturq Rüstəm İbrahimbəyovla bağlı qeyri-etik ifadələrin yer aldığı reportaj yayımlanıb.
Anar RÜSTƏMOV