Modern.az

Lerikdə Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTO

Lerikdə Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTO

Aktual

10 May 2022, 10:26

Lerik Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə Lerik rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, rayon təşkilat nümayəndələri, şəhid ailələ üzvləri iştirak ediblər. Əvvəlcə iştirakçılar Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüblər, xatirəsini ehtiramla yad etdilər və Lerik rayon Heydər Əliyev Mərkəzində yaradılmış Ulu Öndərin həyat və fəailiyyətini əks etdirən eksponatlarla tanış olub, ümumimilli lider Heydər Əliyevə həsr edilmiş qısametrajlı film izlənilib.

 

Konfransı giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev açaraq, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

C.Baxşiyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.

 

YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik rayon Prokruru Akif Rzayev, Lerik rayon Təhsil şöbəsinin müdiri Zöhrab Salayev, Lerik rayon Veteranlar təşkilatının sədri Hidayət Bəşirov məruzə ətrafında çıxış ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı