Modern.az

Bu yollarda qazma işləri aparılacaq

Bu yollarda qazma işləri aparılacaq

Aktual

16 May 2022, 23:35

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir. Tədbir çərçivəsində quraşdırma işləri ilə əlaqədar mayın 16-da saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektlərinin hərəkəti istiqamətində avtomobil yolu daralıb.

 

Modern.az xəbər verir ki, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı