Bu gün Ermənistanın paytaxtı İrəvanda “Müqavimət” hərəkatının üzvləri etiraz aksiyası keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, müxalif nümayəndələri Fransa meydanına toplaşaraq, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya, yürüş və mitinqlər keçirəcək.