Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və digər bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.