Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan Həsənov Səid Sarıbala oğlunun nəşi ailəsinə təhvil verilib.
Modern.az xəbər verir ki, Cəlilabad rayonunun Əsədli kənd sakini, 1992-ci il təvəllüdlü S.Həsənovun nəşi doğulduğu kəndə gətirilib. Şəhidin nəşi Əsədli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Səid Həsənov nişanlı idi.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!