Modern.az

Gənclər Fondu qrant müsabiqənin nəticələrini açıqladı

Gənclər Fondu qrant müsabiqənin nəticələrini açıqladı

Aktual

5 Aprel 2013, 17:56

Azərbaycan Gənclər Fondunun ikinci qrant müsabiqəsinin nəticələri elan olunub. Modern.az-ın məlumatına görə, 2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olub, onlardan 132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılıb.

Beləliklə, A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunub. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılmışdır. Aşağıdakı keçidlərdə nəticələrlə tanış ola bilərsiniz.

//youthfoundation.az/2ciqrant/#

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı