Modern.az

Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı - FOTOLAR

Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı - FOTOLAR

Aktual

17 Sentyabr 2022, 20:40

Bu gün daha iki şəhidimizin adı açıqlanıb. Onlardan biri Nəcəfzadə Hüseyn Abbasqulu oğludur.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, həmin şəhid nişanlı olub. Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı.

 

O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub.

 

Şəhidimiz bu gün doğulduğu Saray qəsəbəsində dəfn edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı