Modern.az

Finlandiya, İsveç və Türkiyə NATO-ya üzvlüklə bağlı görüş keçirəcək

Finlandiya, İsveç və Türkiyə NATO-ya üzvlüklə bağlı görüş keçirəcək

Aktual

1 Oktyabr 2022, 12:51

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri oktyabrda NATO-ya üzvlük prosesi ilə bağlı görüşə bilərlər.

Modern.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti Haavistodan sitat gətirib:
 

"Əlbəttə, ümid edirik ki, NATO üzvləri müraciətimizə baxılması prosesini mümkün qədər tez başa çatdıracaqlar. Hazırda yaxşı nəticəmiz var. Bizim məsələmizin iki parlamentdə təsdiqi qalıb: Türkiyə və Macarıstan. Bizdə olan mənzərə tərəqqidən xəbər verir. Mən təfərrüatlara varmaq istəmirəm, lakin avqustda (26 avqust Helsinki) keçirilən görüş müsbət atmosfer nümayiş etdirdi və irəliləyiş əldə olundu. Növbəti görüşün oktyabrda baş tutacağı gözlənilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı