Modern.az

Ermənistan xristianlığa arxalanır - QMİ sədri

Ermənistan xristianlığa arxalanır - QMİ sədri

Aktual

19 Oktyabr 2022, 16:16

“Bir çox dövlətlərdə olmuşam. Bu gün Ermənistanın arxalandığı əsas məsələlərdən biri xristianlıqdır. Onu müdafiə edən Fransa kimi dövlətlər xristianlığı təbliğ edir. Biz türk dövlətləri də bir-birimizə arxa olmalıyıq”.

 

Modern.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün siyasətçilərin də din xadimlərinə ehtiyacı var: “Ona görə də biz dini lidelər öz dövlət başçımıza dayaq olmalıyıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı