Modern.az

Azad edilmiş əraziləri tezliklə abadlaşdıracağıq - Prezident

Azad edilmiş əraziləri tezliklə abadlaşdıracağıq - Prezident

Aktual

19 Oktyabr 2022, 22:38

"Bu gün Bakıda, Sumqayıtda yaşayan məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar".

 

Modern az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə görüşündə deyib.

 

"Ağalı kəndi. Buranın xüsusi gözəlliyi var. Bir azdan burada həyat qaynayacaq. Başqa kəndlərdə də evlər tikiləcək. Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir. Siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz. Valideynləriniz də böyük həvəslə gəliblər. Onların da çoxu Ağalını yəqin ki, görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Torpaq insanı çəkir. Azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq", - dövlət başçısı qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı