Modern.az

Qubadlının azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Qubadlının azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Aktual

25 Oktyabr 2022, 10:33

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 2 ili tamam olur. Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında Qubadlının azad olunmasının böyük Qələbəyə aparan yolda uğurlu əməliyyat olduğunu deyib:

“Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular. Yüksəkliklər düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün ilk növbədə  həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Nəhayət 25 oktyabrda Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı”.


Qarabağda bərpa-tikinti işlərinin aparaıldığını vurğulayan deputat Qubadlı rayonunun bütün kəndlərinin, o cümlədən Qubadlı şəhərinin yenidən qurulacağını qeyd edib.

“Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. İnsanlar rahat istifadə etsinlər deyə Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Əminik ki, işğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq”.


Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb.


Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.


Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Sahəsi 802 kvadrat - metrdir. 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri işğaldan azad edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı