Modern.az

Anadan olduğu ölkəyə qarşı çıxan nankor general - axsaq Ohanyan

Anadan olduğu ölkəyə qarşı çıxan nankor general - axsaq Ohanyan

Ölkə

12 İyun 2014, 16:50


Ermənistan rəhbərliyində taleyi Azərbaycanla bağlı bir çox sima var. Onlar arasında əsas diqqət çəkən şəxslərdən biri hazırki müdafiə naziri Seyran Ohanyandır.

O, torpaqlarımızın işğalında aktiv iştirak edib. Halbuki, Ohanyanın həyatının Azərbaycanla bağlı hissəsi var.
Modern.az saytı Seyran Ohanyanın tərcümeyi-halını diqqətə çatırır.

Seyran Ohanyan 1962-ci il iyulun 1-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində anadan olub.

Onun valideynləri Muşeq Ohanyan və Laura Əmircanyan elə Şuşadakı təhsil müəssiələrindən birində tanış olublar. 

1961-ci ildə onlar ailə həyatı qurublar. Müəllim kimi Ohanyanın valideynləri Şəmkirin ( o zamankı Şamxor) Çardaxlı kəndindəki məktəbə müəllim göndəriliblər.

Ohanyanın atası Muşeq kənd məktəbində dərs deməklə yanaşı, həm də Azərbaycan Dillər İnstitununda qiyabi təhsil alıb. Onun həyat yoldaşı Laura Ohanyan isə Bakının başqa bir təhsil müəssisəsi olan Pedoqoji İnstitutda təhsil alıb.

Seyran Ohanyanın bacısı Susanna Şəmkirin Çardaxlı kəndində dünyaya göz açıb.

Sonralar Ohanyan ailəsi Ermənistanın Nairi rayonunda yerləşən Mrqaşen kəndinə köçüb.

Beləliklə, Ohanyan həyatının ilk illərini Azərbaycanın Çardaxlı kəndində keçirib.

Lakin Azərbaycan faktoru gələcəkdə də onun taleyində önəmli rol oynayacaq. 7 yaşında Seyran Ohanyan Mrqaşen kənd məkətəbinin 1-ci sinfinə gedib. 1979-cu ildə isə 10 illik təhsilinə yekun vuraraq, hərbçi olmaq arzusu ilə Bakı Ali Hərbi Ümumqoşun məktəbinə sənəd verib və bura qəbul olunub.
Bu işdə ona qeydiyyatda olduğu Nairi rayon hərbi komissarlığı da dəstək göstərib. 17 yaşlı Qarabağ ermənisi o zamanlar Qırmızı Ordunun tərkibidə Sovet İttifaqını müdafiə etmək niyyəti ilə hərbçi olmaq istəyib.

Lakin zaman göstərəcəkdi ki, Bakıda qazandığı hərbi bilikləri Ohanyan başqa məqsədlər üçün istifadə edəcək.

Bakı Ali Hərbi Ümumqoşun məktəbində təhsil aldığı illərdə (1979-1983) Ohanyan hərb işin əsas elementlərini öyrənir. Maraqlıdır ki, Ohanyan məhz Bakıda hərbi təhsil aldığı illərdə ailə həyatı qurub. O, ixtisaca stamotolq olan Ruzanna Xaçatryanla evlənib.
1985-ci il sentyabrın 13-də ailənin ilk oğlu Artur, 1987-ci il yanvarın 28-də isə ikinci oğlu Qarik dünyaya gəlib.
2003-cü və 2006-cı illərdə Seyran Ohanyanın Muşeq və Laura adında daha iki övladı da doğulub.



Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryan sonralar Ermənistan Hərbi Həkimlər Birliyinin sədri olub. Lakin bunlar gələcəkdə Ohanyanın taleyində baş verəcək epizodlar idi.

Hələlik isə gənc zabit Bakıdakı kursları bitirib öz təyinat yerini gözləyirdi. Bu məqamda qeyd etmək lazımıdr ki, Azərbaycan amili Seyran Ohanyanın daim vacib rol oynayıb.

Bakıdakı ali hərbi məktəbi bitirdikdən sonra S.Ohanyan təyinatla Almaniya Demokratik Respublikasında yerləşən Sovet hərbi hissəsində xidmətini davam etdirib. O, ilk vaxtlar moto-atıcı vzvodun komandiri vəzifəsini tutub. 1987-ci ilin martından isə bölük komandirliyinə qədər yüksəlib.

26 yaşlı Ohanyan 1988-ci ilin iyununda hərbi xidmətini davam etdirmək üçün təyinatla Cənubi Qafqaz Hərbi Dairəsinə göndərilib. Bundan sonra onun taleyi ayrılmaz şəkildə Dağlıq Qarabağala bağlı olur. 

O, ilk vaxtlar Gəncədə dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Lakin qısa müddət sonra Dağlıq Qarabağın inzibati mərkəzi sayılan Xankəndindəki 366-clı motoatıcı alayda bölük komandiri təyinatı alır.

Hərbi ierarxiya nərdivanında aramla irəliləyən Seyran Ohanyan gələcəkdə Azərbaycan xalqının lənətlə yad edəcəyi 366-cı motoatıcı alayda əsas zabitlərdən birinə çevrilib.

O, 1989-cu ilin avqustunda alayın batalyon komadirinin müavini, 1990-cı ilin sentyabrında isə alaydakı 3 batalyondan birinin komandiri olub.

Ohanyanın Dağlıq Qarabağda xidmətə başladığı dövr hərbi-siyasi vəziyyətin kəskinləşməsinə təsadüf edir. Azərbaycanlı və erməni icmaları arasında lokal hərbi toqquşmalar, vəziyyətə nəzarət edə bilməyən sovet qoşunlarının hərbi anbarlarından silah və texnika oğurluğu, bir sözlə xaotik situasiya bu dövr üçün xarakterik idi. 

Münaqişə bölgəsinin mərkəzində yerləşən alayda sonuncu şəxs olmayan Seyran Ohanyan hadisələrdə ən fəal şəkildə iştirak edənlərdən olub. Anadan olduğu, uşaqlığı, gənclik dövrünü keçirdiyi, hərbi biliklərə yiyələndiyi və ailə həyatı qurmasında önəmli rol oynamış ölkəsinə qarşı silah qaldırdı. O, Qarabağ separatçıları ilə əlaqə quraraq, asayişi bərpa etməli olan 366-cı motoatıcı alayın silahlarını gizli, yaxud aşkar şəkildə onlara ötürməklə məşğul oldu.

Sovet komandanlığı isə əmlakının talan olunmasına və hərbi hissənini hadisələrdə tərəf tutmasına göz yumurdu. Məhz bunun nəticəsi idi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu zamanı Seyran Ohanyan və 366-cı motoatıcı alay bu qətliamda iştirak etdi. 
Hücum zamanı həmçinin hərbi hissədən götürülən həbri texnikadan da istifadə olunmuşdu. Artıq separatçılara dəstəyi sirr olamayan Ohanyan 1992-ci ilin yazından Dağlıq Qarabağ terrorçularının yaratdığı qanunsuz hərbi birləşmədə xidmətə başladı.

Təcrübəli zabit kimi o, separatçıların “ordusunda” batalyon komandiri təyin edildi. Seyran Ohanyanın Azərbaycana qarşı təcavüzdə baş rolda gedənlər arasında dayandı. O, Qarabağ ermənilərinin əsas simalından biri kimi çıxış edirdi.



1992-ci ilin iyununda Silahlı Qüvvələrimizin şimalda Ağdərə və Aşağı Ağcakənd istimqamətində başladığı hücum zamanı Ohanyan Ağdərə cəbhəsinin komandiri təyin olundu.

Lakin ilk vaxtlar bu vəzifədə böyük uğursuzluqlarla üzləşir. Belə ki, iyulun 4-də silahlı qüvvələrimiz Ağdərəni işğaldan təmizlədi. Ohanyan cəbhəni yalnız Çıldıran, Kiçan kəndləri istiqamətində sabitləşdirə bildi. Lakin bu da Ohanyanın komandir kimi xidmətləri ilə deyil, Azərbaycan ordusundakı müəyyən problemlərlə bağlı idi.

1992-ci il avqustun 30-da, Azərbaycan ordusunun hərbi uğurları fonunda Qarabağ ermənilərinin Yerevana qaçmaq barədə düşündükləri bir zamanda Ohanyan Laçın dəhlizi ilə bölgəni tərk edərək, Ermənistada valideynlərinin yaşadığı Mrqaşen kəndinə gedib.

Hərb meydanında heç bir önəmli uğura imza atmayan Ohanyan 1992-ci il avqustun 31-də daha bir uğursuzluq acısı yaşayır. Belə ki, Ermənistan ərazisindən Gədəbəyin Başkənd yaşayış istiqamətinə doğru təşkil edilən hücumda Ohanyan da iştirak edir. Lakin nə hazırkı Ermənistan Silahlı Qüvvələrinin Baş Qəragah rəisi Yuri Xaçaturov, nə hazırda Ermənistan prezidentinin hərbi məsələlər üzrə məsləhətçisi Qurgen Dalibaltayan, nə də Seyran Ohanyan kəndi ələ keçirə bilirlər. SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil alan peşəkar zabitlər azərbaycanlı könüllülərin müqavimətini qıra bilmirlər.

Sentyabrın əvvəllərində Ermənistanı tərk edən Ohanyan bəxtini yenidən Qarabağ cəbhəsində sınamağa çalışır.

Lakin bu dəfə də tale ondan üz döndərir. 1992-ci il sentyabrın 10-da Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşlər zamanı Ohanyan ağır xəsarət alır. Onu təcili şəkildə Yerevandakı Mikaelyan xəstəxanasına göndərirlər. Həkimlərin rəyi Ohanyan üçün ağır zərbə olur. Onun sağ ayağını amputasiya edirlər.

Beləliklə, münaqişənin əvvəlindən Ohanyan heç bir əsaslı qələbə qazana bilmir. O yalnız Xocalıda dinc əhaliyə divan tutması ilə yadda qalır.


Vaxtı ilə onun formalaşmasında, ümumiyyətlə, həyatında böyük rol oynamış Azərbaycana xəyanət edən Ohanyan ayağını da xəyanət etdiyi torpaqda itirib.

1993-cü ilin yanvarına qədər Dağlıq Qarabağ müharibəsi Ohanyansız aparılır. Bu vaxt o xəstəxanada yaralarını sağaldırdı. 

Burada onu qeyd etmək lazmıdır ki, Seyran Ohanyan Dağlıq Qarabağ separatçılarının lideri Serj Sərkisyanla sıx dostluq münasibətlərində idi. Məhz bu dostluq Ohanyanı hərbi uğursuzluqlar zamanı məsuliyyətdən yayınmağa və qanunsuz ordunun sıralarında xidmət etməsinə yadım göstərirdi.

Təəcüblü deyil ki, 1993-cü ilin yanvarında müalicəsini bitirən Ohanyan yeni yüksək vəzifə əldə edib. O “Qarabağ Müdafiə Qoşunları”nın Baş Qəragah rəisi təyin olunub.

Seyran Ohanyan müharibədə atəşkəs əlıdə olunanadək Xankənindəki qərargahında yalnız xəritə üzərində əmliyyatlar  planlaşdırır. O daha döyüş meydanında bəxtini sınamağa cürət etmirdi. Lakin karyera nərdivanında uğurla irəliləyirdi.

1994-cü ildə “Dağlıq Qarabağ Qoşunları” komandanın müavini, 1999-cu ildə isə “Dağlıq Qarabağ”ın müadfiə naziri postuna təyin olunur.

Maraqlıdır ki, onun rəhbəri olduğu dövrdə separatçı orduda nizamnamədənkənar cinayətlər və ölüm halları kütləvi hal almışdı.

Serj Sərkisyan Ermənistan prezidenti seçildikdən sonra müharibə dövründən tanıdığı köhnə dostu Seyran Ohanyanı Ermənistana gətirdi.  Əvvəlcə onu Ermənistan Silahlı Qüvvələrinin Baş Qəragah rəisi, 2008-ci il aprelin 14-dən isə müdafiə naziri vəzifəsinə təyin etdi.

Seyran Ohanyanın 7 illik nazir kimi fəaliyyətini dəyərləndirmək üçün bircə fakt kifayətdir. Bu 7 il ərzində Ermənistan Siahlı Qüvvələri 700-dən artıq hərbi qulluqçusunu itirib.

O nazir postunda tez-tez Azərbaycan ordusunu hədələyən bəyanatlar versə də, reallığı yaxşı anlayır.

Sadəcə, miqrasiya nəticəsində sıraları seyrələn Ermənistan əhalisini az da olsa, sakitləşdirmək üçün belə şablon çıxışlar edir. Hər il ayağındakı protezi dəyişmək üçün Çexiyada müalicə alan general-polkovnik Seyran Ohanyanın gələcək aqibətinin necə olacağı aydın deyil.

Amma Serj Sərksiyan prezident kürsüsündən uzaqlaşandan sonra Ohanyanın ayaqda qala bilməsi real görünmür.



Vüqar İsmayılov    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı