Modern.az

Məktəblərdəki dərslik probleminin səbəbi BİLİNDİ

Məktəblərdəki dərslik probleminin səbəbi BİLİNDİ

Təhsil

25 Noyabr 2022, 16:14

Hazırda orta məktəblərdə dərslik çatışmazlığı problemi yoxdur.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

Nazir problemin nədən qaynaqlandığına aydınlıq gətirib:

 

"Dərslik çapı ilə bağlı bir mətbəə ilə problemimiz yaranmışdı. Həmin mətbəə tenderdə qalib gəlmişdi, amma dərslikləri çap etməmişdi. Bu səbəbdən bir qisim dərsliklər məktəblərə gec verilmişdi.

 

Mənim üçün burada günahkar axtarmaq yox, bunun tədrisə təsiri lazımdır. Dərsliklərn gecikməsi kifayət qədər obyektivdir. Kağız çatışmaması səbəbindən istehsal yubanmışdı. Qonşu ölkələrdə də belə problemlər yaranmışdı. Məsələnin mahiyyəti dərslik deyil. İstəyən adam həmin dərsliyin elektron versiyasını tapa bilərdi. Amma noyabrın əvvəlində dərsliklə bağlı proses bitib, hazırda dərslik problemi yoxdur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!