Modern.az

Yaxşı nəticə repetitorundur, pis nəticə təhsil sisteminin?

Yaxşı nəticə repetitorundur, pis nəticə təhsil sisteminin?

Təhsil

25 Noyabr 2022, 16:42

Repetitorluq məsələsi dəfələrlə müzakirə olunub. Bu, dünyanın hər yerində var, irəli sistemli təhsili olan ölkələrdə də istifadə edilir.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, repetitorluq imtahan sistemilə bağlıdır:

 

"Çünki bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repretitor yanına gedir. Bir tərəfdən də deyilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmanın səbəbi də repetitordu. Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir? Bu, ziddiyyətli məsələdir. Demək ki, zəif uşağa repetitor da kömək edə bilmir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır