Modern.az

İmtahan şikayətləri: Gələn dəfə Hindu dilindən...

İmtahan şikayətləri: Gələn dəfə Hindu dilindən...

13 Mart 2023, 10:30

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda növbəti buraxılış imtahanı keçirilib. İmtahanda 50 mindən çox şagird iştirak edib. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

 

Ancaq imtahanla bağlı fikirlər birmənalı deyil. Bir çox məktəbli və onların valideynləri imtahan suallarının çətin olmasından şikayətlənir. Əsas narazılıqlar Azərbaycan dili fənni ilə bağlıdır. Şikayətlərdə bildirilir ki, mətnlərin həcmi böyük və çətin olub. Bundan əlavə, 5 mart tarixində keçirilən imtahanda olduğu kimi ötən gün baş tutan imtahanda da riyaziyyat fənnindən mübahisəli sual ortaya çıxdığı deyilir. 

 

Modern.az Azedu təhsil portalının və Dövlət İmtahan Mərkəzinin sosial şəbəkə hesablarında yer alan imtahanla bağlı narazılıqları bir araya toplayıb.

 

Abituriyentlər Azərbaycan dili fənnində mətnlərin uzun və dilinin çətin olduğunu, sualların vaxtaparıcı olmasından şikayətləniblər:

 

 

Azərbaycan dili fənnində istifadə olunan mətnlərin xarici dildən tərcümə olunduğu iddia edilir:

 

Çətin və mübahisəli suallar riyaziyyat fənnindən də yan keçməyib:

 

İmtahanın çətin keçdiyi təkcə Azərbaycan bölməsində deyil, rus bölməsində də müşahidə olunub. Şikayətçilər həmçinin 12 mart imtahanının 5 mart imtahanından da çətin keçdiyini dilə gətiriblər:

Şikayətçi abituriyent və valideynlər DİM-dən imtahanların yenidən keçirilməsini tələb edirlər:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır