Modern.az

Laçındakı məktəb dezinfeksiya olundu - FOTO

Laçındakı məktəb dezinfeksiya olundu - FOTO

4 Dekabr 2023, 11:04

Laçın şəhər 2 nömrəli tam orta məktəbdə infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı müvafiq profilaktik tədbirlər görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə məktəbin direktoru müavini Şəbnəm Uğurlu özünün "facebook" səhifəsində məlumat paylaşıb.

 

Onun sözlərinə görə, şagirdlər məktəbə daxil olan zaman hərarəti ölçülür.

 

“Şagirdlərin əlləri spirt tərkibli məhlul ilə dezinfeksiya olunduqdan sonra sinif otaqlarına buraxılırlar. Həmçinin müəyyən izolyasiya qaydaları tətbiq olunur”, - Ş.Uğurlu qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri