Modern.az

Magistr imtahanında ən yüksək balı o topladı - FOTO

Magistr imtahanında ən yüksək balı o topladı - FOTO

Təhsil

13 Fevral 2024, 17:46

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Modern.az xəbər verir ki, imtahanların nəticələrinə görə, ən yüksək bal toplayan tələbənin adı məlum olub.


Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi respublika birincisi olub
 

Universitetdən Modern.az-a bildirlib ki, ADNSU-nun İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi