Modern.az

Sertifikasiyada 60 bal toplayan müəllim: Suallar kifayət qədər asan idi

Sertifikasiyada 60 bal toplayan müəllim: “Suallar kifayət qədər asan idi”

Təhsil

21 İyun 2024, 17:34

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib.

Modern.az imtahanda maksimal nəticə göstərən Sabunçu rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səida Bayramova ilə əlaqə saxlayıb


S.Bayramova bildirib ki, imtahan rahat keçib, suallar kifayət qədər asan olub:


“Yəni düşündüyümdən çox rahat idi. Vaxtımı metodika sualları aldı, amma orada da düz cavablar tapmaq olurdu”.


Onun sözlərinə görə, müəllimlər daim özünü inkişaf etdirməlidir:


“Bunun üçün hansısa imtahanı gözləməyə ehtiyac yoxdur. Sertifikasiya müəllimlərə çox şey qazandırdı. Üzərimizdə işlədik, öyrəndiklərimizi təkrar etdik, biliklərimizi dərinləşdirdik, metodika ilə bağlı bilmədiyimiz şeyləri araşdırdıq. Məncə, bu, müəllimləri ancaq inkişafa yönəldən prosesdir”.
 

Müsahibimiz müəllimlərə öyrəndikləri ilə kifayətlənməməyi tövsiyə edib:
 

“Xarici ədəbiyyatlara inteqrasiya etmək lazımdır, bu dəqiqə əlimizdə imkanlarımız genişdir. İstər metodika, istər fənnimiz baxımından geniş imkanlarımız var və biliklərimizi inkişaf etdirməliyik. Ən azı ona görə ki, dərs dediyimiz şagirdin gələcəyinə müsbət təsir göstərək”.
 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi