Modern.az

Tələbələrin köçürülməsi prosesi nə vaxt başlayacaq? - AÇIQLAMA

Tələbələrin köçürülməsi prosesi nə vaxt başlayacaq? - AÇIQLAMA

17 İyul 2024, 12:40

Son günlər Azərbaycanda tələbələri maraqlandıran mövzuların biri də köçürülmə prosesidir. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi (www.transfer.edu.az) portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib.

 

Tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? Hansı yeni qaydalar tətbiq ediləcək?

 

Modern.az mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na əsasən tənzimlənir:

 

“Qaydalara əsasən təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin köçürülməsinə yol verilmir”.

 

Verilən məlumata görə, tələbələrin köçürülmə prosesini sadələşdirmək, eləcə də təhsil müəssisələrinin muxtariyyətini genişləndirmək məqsədilə proses təhsil müəssisələri tərəfindən aparılacaq:

 

“Həmçinin qeyd edək ki, xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər. Şəhadətnamə əldə etmək üçün tələbələrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmələri tövsiyə olunur”.

 

Qeyd olunub ki, tələbələrin köçürülməsi üçün elektron portal aktiv olduğu zaman ictimaiyyətə məlumat bildiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri