Modern.az

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadıldı

18 İyul 2024, 14:40

Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər:

 

"Bunun üçün bakalavrlar göstərilən vaxtadək //portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər".

 

Qeyd edilib ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri