Modern.az

Bu siçanlardan belə faydalanırlar – FOTOLAR

Bu siçanlardan belə faydalanırlar – FOTOLAR

14 İyul 2015, 16:34


Bu siçanlar Kambocada vətəndaş müharibəsindən  qalma minalanmış əraziləri  təmizləmək üçün istifadə edilir.

Modern.az xəbər verir ki, onlar Tanzaniyadan Belçikanın  “APOPO” adlanan  təşkilatı  tərəfindən gətirilir.

Olduqca güclü qoxubilmə qabiliyyətinə malik bu siçanlar 4 həftəlik olduqdan sonra dinamitlə qoxladılaraq öyrədilir.  

Qeyd edək ki, uzun zaman   vətəndaş müharibəsində istifadə edilmiş  minalar Kambocanı dünyada ən çox mina zonasına malik ölkə kimi tanıtmışdı.

Hətta 70-ci illərdə “Qırmızı Kxmerlər”in  “ölüm zonası” olaraq tanınan minalı ərazilər ölkədə bir çox insanın şikəst qalmasına səbəb olmuşdu.


 

Leyla Əfqan

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi