Modern.az

AŞ PA prezidenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıb

AŞ PA prezidenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıb

Aktual

25 May 2016, 20:45

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır. Modern.az bu barədə təşkilatın saytına istinadən məlumat verir.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı