İyirmi birinci əsrdə köləlik. Modern.az xarici mediaya istinadən bildirir ki, Rumıniyanın cənubunda artıq 8 ildir adamları, o cümlədən uşaqları oğurlayıb istismar edən qaraçı mafiyasını saxlayıb.
Polis 3 kişini və 2 uşağı azad edib. Onlar kimsəsiz binada zəncirlənmiş vəziyyətdə tapılıblar. Oğurlanan həmin şəxsləri fermada bütün qara işləri görməyə məcbur ediblər, bəzən gizli döyüşlərdə iştirak ediblər. Onlar ac saxlanmaqdan, döyülməkdən şikayət ediblər. Saxlanılanlar isə hər şeyi təkzib edirlər.
Polisin məlumatına görə, 8 il kölə ticarətçilərinin əlində 70 nəfər olub. Birinə iş vədi verib sənədlərini alıblar. Digərini, sadəcə oğurlayıblar, hətta kilsədən və şəxsi evlərindən. Onlar kifayət qədər əsəbi cəhətdən sağlam olmayan, yoxsul və yetkinlik yaşına çatmayanları seçiblər.
Polis axtarış zamanı 50 min avro, bir kiloqram qızıl və iki yük maşını müsadirə edib. Saxlanılan 100 nəfərin yarısına cinayət işi açılıb, hər biri 20 il azadlıqdan məhrum oluna bilər.
Modern.az