Modern.az

Azərbaycan vətəndaşının üzərindən narkotik vasitə aşkarlandı

Azərbaycan vətəndaşının üzərindən narkotik vasitə aşkarlandı

Aktual

26 Avqust 2016, 16:19

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar.

 

Bu barədə Modern.az-a məlumat Dövlət Gömrük Komitəsindən (DGK) verilib.

 

Yoxlama zamanı həmin şəxsin daxili orqanından (mədəsindən) 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı