Modern.az

Maşallah Əhmədovun işi icraata verildi

Maşallah Əhmədovun işi icraata verildi

Актуально

5 Oktyabr 2016, 14:13

Keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi icraata verilib. Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Samir Abdullayev məlumat verib.

 

O bildirib ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək. Baxış iclasının vaxtı dəqiq müəyyənləşməyib. Təxminən oktyabrın 10-da yaxud 12-də keçirilməsi nəzərdə tutulub.

 

M. Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini bildirib. Amma nə sözünə əməl edib, nə də həmin şəxsin pulunu qaytarıb.

 

M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkantədbiri ev dustaqlığı ilə əvəz olunub.

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı