Modern.az

Azərbaycanın qadın voleybolçularından daha bir qələbə

Azərbaycanın qadın voleybolçularından daha bir qələbə

Aktual

9 Yanvar 2018, 20:39

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” Avropa Voleybol Konfederasiyasının “Çağırış kuboku” turnirinin 1/16 final mərhələsinin cavab oyununda Rumıniyanın “Stiinta” komandası ilə qarşılaşıb. Modern.az  xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil edilən görüş “Azərreyl” komandasının 3:0 (25:23, 27:25, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

 

Bu komandalar arasında dekabrın 12-də Ruminiyada keçirilən ilk oyunda “Stiinta” voleybolçuları 3:1 hesabı ilə qələbə qazandığından cütün taleyi “qızıl set”də həll olunub. Bu setdə rəqib komanda Azərbaycan təmsilçisini üstələyərək iki görüşün ümumi nəticəsinə görə səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib - 15:13.

 

Oyunu yunanıstanlı baş hakim Teodora Kiriopoulu idarə edib. Ona Bosniya və Herseqovinadan olan həmkarı Milan Nikoliç kömək edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı