Modern.az

Qubada meşə yanğınının qarşısı alınıb

Qubada meşə yanğınının qarşısı alınıb

Aktual

30 İyul 2018, 19:43

Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, yanğınsöndürmə işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb oluub. İlkin məlumata görə, yanğınların yayılmasının qarşısı alınıb.

 

Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı