Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

29 Avqust 2018, 23:34

“CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 78,15 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,64 dollar/barel çoxdur”. Modern.az bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 77,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,62 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 27-də 74,45 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,27 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 27-də 75,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı