Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
O qeyd edib ki, bu səbəbdən də Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında da gecikmələr müşahidə edilir:
“Hazırda avtobuslararası intervalın stabilləşməsi üçün zəruri tədbirlər görülür. Sərnişinlərdən bunu anlayışla qəbul etmələrini xahiş edirik”.