Modern.az

Yataqxanadakı yanğına görə 22 nəfər təcili yardıma müraciət edib

Yataqxanadakı yanğına görə 22 nəfər təcili yardıma müraciət edib

Aktual

6 Mart 2019, 10:00

Bakıda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğın nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stanasiyasına (TTTYS) 22 müraciət daxil olub. Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, insanlar əsasən 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb:

“8 nəfərə hadisə yerində yardım göstərilib, 14 nəfər 1 saylı Klinik Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onlardan 5 nəfəri hospitalizasiya edilib və vəziyyətləri orta ağır qiymətləndirilir. Digərləri ambulator qaydada yardım göstərildikdən sonra evə buraxılıb”.

Rəsmi məlumata görə, 2 nəfər xəstəxanaya gətirldikdən dərhal sonra ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı