Modern.az

Fransada “sarı jiletlilər”in növbəti aksiyası - yaralananlar var  

Fransada “sarı jiletlilər”in növbəti aksiyası - yaralananlar var   

Aktual

31 Mart 2019, 07:56

Fransada  “sarı jiletlilər”in etiraz aksiyaları davam edir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 20-ci dəfə keçirilən aksiyada Daxili İşlər Nazirliyinin məlumatına görə, 33 min 700, “sarı jiletlər”in öz hesablamalarına görə isə 102 min 713 nümayişçi iştirak edib. Parisdə 4 min nümayişçinin olduğu bildirilib.

Parisdə nümayiş etmək qadağan olunan məkanlarda 21 nəfərə qarşı protokol imzalanıb, 32 nəfər dindirilib.

Bəzi bölgələrdə polis və nümayişçilər arasında qarşıdurma olub, hər iki tərəfdən yaralananlar var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı