Modern.az

Gəncədə YAP fəalları #Trashtag aksiyasına qoşulublar - FOTO

Gəncədə YAP fəalları #Trashtag aksiyasına qoşulublar - FOTO

Aktual

5 Aprel 2019, 12:08

YAP Gəncə şəhər təşkilatının fəalları IDEA və Azərbaycan Gənclər Fondunun dünyada gənclər arasında trendə çevrilən #Trashtag aksiyası üzrə star verdiyi müsabiqəyə qoşulublar.

Çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri cəlb etmək və təbiətin qorunmasında onların böyük rolunu nümayiş etmək məqsədi ilə keçirilən aksiyada YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, təşkilatın əməkdaşları və gənc partiya fəalları iştirak ediblər.

Aksiya çərçivəsində iştirakçılar şəhərin Yeni Gəncə yaşayış massivində tullantılar atılan ərazidə olub, məkanın görüntüsünü çəkiblər. Təmizlik işləri bitdikdən sonra ərazinin şəkilləri yenidən çəkilərək, iştirakçılar tərəfindən sosial şəbəkələrdəki (instagram və facebook) səhifələrində #Trashtag heşteqi altında "əvvəl-sonra” konsepsiyalı fotohesabatlar paylaşılıb.

Aksiya iştirakçıları ölkə gənclərini təbiəti qorumağa, bu möhtəşəm trenddən geri qalmamağa çağırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı