Modern.az

Zorakılıq qurbanları üçün regional sığınacaqlar yaradılacaq

Zorakılıq qurbanları üçün regional sığınacaqlar yaradılacaq

Aktual

13 May 2019, 11:10

“Zorakılıq qurbanları üçün regional sığınacaqlar yaradılması istiqamətində təkliflər verilib və dövlət tərəfindən iş aparılır”.

 

Modern.az  xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova “Gender bərabərliyi və media” mövzusunda keşirilən konfransda çıxışı zamanı deyib.

 

E.Süleymanova qeyd edib ki, hər bir şəhərdə belə sığınacaqların yaradılmasına ehtiyac var:

“Azərbaycanda yerli və idarəetmə orqanlarında çalışan qadınların sayı ildən-ilə artır.  Son günlərdə qadınların fəallığı istiqamətində uğurlar əldə olunsa da, yaradıcılıq imkanları olan qadınların iştirakı daha da geniş gerçəkləşdirilsə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda əhəmiyyətli rol oynaya bilər".

 

E.Süleymanovanın sözlərinə görə, qadınlara və uşaqlara qarşı zorakılığın ilk növbədə səbəbləri araşdırmaqla onları aradan qaldırılmasına kompleks yanaşma vacibdir:

 

“Qadınların liderlik, öznəməşğulluq imkanların inkişafı, seçkilərdə, ictimai həyatda qərar qəbul etmədə qadın və kişilərin birgə iştirakının əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması əhəmiyyətlidir. Qadınların iqtisadi asılılığın , iqtisasi istismarının aradan qaldırılması istiqamətində təkliflər və tövsiyyələr irəli sürülüb və tətbiq edilməsi istiqamətində işlər görülür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı