Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Bney Yehuda” - "Neftçi” oyununda daha bir qol vurulub.
Modern.az xəbər verir ki, 90+3-cü dəqiqədə "Neftçi" penaltidən fərqi azaldıb. Bu dəfə Emin Mahmudov fərqlənib.
Amma Bakıdakı heç-heçədən sonra səfərdəki məğlubiyyət "Neftçi”nin Avropa Liqaya yolunu bağlayıb. Komandamız uduzdu - 1:2
***
Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Bney Yehuda” - "Neftçi” oyununda daha bir qol vurulub.
Modern.az xəbər verir ki, oyunun 65-ci dəqiqəsində Tambi 2-ci topu "Neftçi”nin qapısından keçirib: 2:0
***
Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxan “Neftçi” səfərdə məğlub olur.
Modern.az xəbər verir ki, oyunda hesabı “Bney Yehuda” komandası açıb.
14-cü dəqiqədə Dor Jan topu "Neftçi"nin qapısından keçirib. 1:0