Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni koronavirusun yayılmasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi tanıyıb.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adxanom Qebreyesus bildirib.
Son məlumata görə, artıq bütün dünyada 7834 nəfər xəstələnib. Bunlardan 7736-ı Çində, 98-i isə 18 ölkədə qeydə alınıb, virusun insandan insana ötürülməsi ilə bağlı 8 hadisə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır, 170 nəfər həlak olub.
ÜST xəstəliyə müvəqqəti "kəskin tənəffüs xəstəliyi 2019-nCoV", virusun özünə isə "2019-nCoV" müvəqqəti ad verilməsini tövsiyə edib.