Modern.az

Azərbaycanın İstanbuldakı baş konsulu əməliyyat olunub

Azərbaycanın İstanbuldakı baş konsulu əməliyyat olunub

Aktual

14 İyun 2012, 13:11

Azərbaycanın İstanbuldakı baş konsulu  Həsən Zeynalov boğazından cərrahi əməliyyat olunub. Bu barədə Modern.az-a daxil olan məlumatı baş konsul özü saytımıza açıqlamasında təsdiqləyib. H.Zeynalov səhhətində ciddi problemin olmadığını bildirərək, sadəcə boğazında yaranan zob xəstəliyi ilə bağlı əməliyyat olunduğunu deyib:

“Səhhətimdə yaranan problemlə əlaqədar kiçik bir əməliyyat olundu.  Qorxulu heç nə yox idi. Sadəcə olaraq, bir gündən sonra mən yenidən işə çıxdım. Səhhətimdə hal-hazıda heç bir problem yoxdur. Kiçik bir əməliyyat idi. Hazırda özümü çox yaxşı hiss edirəm”.

Qeyd edək ki. Həsən Zeynalov prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin may ayından etibarən Azərbaycanın İstanbuldakı baş konsuludur.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı