Modern.az

Ankarada Azərbaycan Ordusunun yaranmasının 94-cü ildönümü qeyd olunub - FOTOLAR

Ankarada Azərbaycan Ordusunun yaranmasının 94-cü ildönümü qeyd olunub - FOTOLAR

Aktual

26 İyun 2012, 10:18

Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə Ankara şəhərindəki "Park Hotel" mehmanxanasında geniştərkibli rəsmi qəbul təşkil edib. Bu barədə Modern.az-a Azərbaycanın  Türkiyədəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə, səfirliyimizin əməkdaşları, Türkiyə Cümhuriyyəti Hərbi Dəniz Qüvvələri komandanı admiral Murat Bilgel, Jandarma Qüvvələri komandanı ordu generalı Bekir Kalyoncu,  müdafiə sənayesi sahəsində fəaliyyət göstərən mühüm şirkətlərin rəhbərləri və təmsilçiləri, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri, Türkiyədə hərbi təhsil alan azərbaycanlı zabitlər və kursantlar, Türkiyə Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Orta Asiya regionu üzrə Baş Departamentinin rəhbəri Fatih Ceylan, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə Cümhuriyyətinin digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, diaspor nümayəndələrimiz və çox sayda KİV nümayəndələri iştirak ediblər.
Tədbir zamanı iştirakçılara milli ordumuzun yaranma və inkişaf tarixi ilə bağlı video material nümayiş etdirilib və ziyafət verilib.
Rəsmi qəbulun sonunda tədbir iştirakçılarına İrs jurnalının türk dilində olan buraxılışı İrs-Miras jurnalları təqdim olunub.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı