Modern.az

Karantin qaydalarını pozan toy sahibi məhkəməyə verildi

Karantin qaydalarını pozan toy sahibi məhkəməyə verildi

Aktual

8 Fevral 2022, 17:57

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Yemişənli və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində müəyyən edilən say həddindən artıq, eləcə də COVID-19 pasportu olmayan qonaqların iştirak etdiyi müəyyən olunub.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibləri barəsində protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı