Modern.az

Pekin paralimpiya oyunları başa çatdı

Pekin paralimpiya oyunları başa çatdı

Aktual

13 Mart 2022, 13:45

Çinin paytaxtı Pekində keçirilən 13-cü “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, martın 4-də başlayan Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub.

 

Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar. Ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü sırada bitirib.

 

Oyunlarda ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar. Paralimpiya Oyunları tarixində ilk dəfə bir Asiya ölkəsi medal sıralamasına görə qalib olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı