Modern.az

Keçmiş məhkum çətənə əkərkən yaxalandı - VİDEO

Keçmiş məhkum çətənə əkərkən yaxalandı - VİDEO

Aktual

11 İyun 2022, 13:50

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Qeyd edilib ki, rayon sakini Zeynal Zeynalov dibçəkdə əkdiyi çətənə bitkilərini rayondakı meşəlik əraziyə köçürən zaman Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs əməlini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. 

 

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Z.Zeynalov əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı