Modern.az

Xocavənddə 1 tona yaxın çətənə kolu YANDIRILDI

Xocavənddə 1 tona yaxın çətənə kolu YANDIRILDI

مورد توجه

21 İyun 2022, 10:32

Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.

 

Tədbir zamanı işğaldan azad edilmiş Zoğalbulaq kəndinin ərazisindəki meşə massivində yabanı halda bitmiş çəkisi 1 tona yaxın olan 2156 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı