Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda meşə yanğınlarını söndürməyə çalışan Rusiyaya məxsus helikopter qəzaya uğrayıb.
Modern.az İHA-ya istinadən xəbər verir ki, hadisə Denizli şəhərinin Çardak rayonunda baş verib.
Helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.