Modern.az

Nazirlər sərhəd missiyasını bu tarixdə təsdiqləyəcək

Nazirlər sərhəd missiyasını bu tarixdə təsdiqləyəcək

Aktual

14 Oktyabr 2022, 17:32

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 17-də Ermənistan və Azərbaycan arasında sərhəd problemlərinin həlli üçün mülki missiyanı təsdiqləmək niyyətindədirlər.

Modern.az xəbər verir ki, bu barədə TASS Aİ-nin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.


"Oktyabrın 6-da, bir həftə əvvəl Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilən görüşdə missiyanın yaradılması barədə razılıq əldə olunub. Bazar ertəsi nazirlərin bu missiyanı təsdiq edəcəyi gözlənilir”, - o, Lüksemburqda xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib.


Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bir gün əvvəl Aİ missiyasının texniki qrupunun ayın 13-də gələcəyini bildirmişdi.


Xatırladaq ki, oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının Prezidenti Şarl Mişelin Praqada keçirdiyi görüşdən sonra İrəvan Aİ-nin mülki missiyasının Azərbaycanla sərhəddə işləməsinə razılıq verib. Missiya oktyabrda işə başlayacaq. Maksimum iki ay davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı